Xəbərlər
Tərəqqi medalını almış İsgəndərova Aida Şahvələd qızının çalışmanın son yaş həddi- 65 illik yubiley tədbiri keçirildi.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində qabaqcıl Azərbaycan dili və ədəbiyyatı müəllimi, " Tərəqqi" medalını almış İsgəndərova Aida Şahvələd qızının çalışmanın son yaş həddi- 65 illik yubiley tədbiri keçirildi.
Tədbirdə DŞRTİ Rayon Sektorunun müdiri Rəşid Məmmədli,ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov,Respublikanın Əməkdar Müəllimi Mirvari Qarayeva, məktəb kollektivi,valideynlər iştirak etdilər. Tədbirdə çıxış edənlər Aida İsgəndərovanın pedaqoji fəaliyyətindən,Azərbaycan dili və ədəbiyyatının tədrisinə verdiyi töhfələrdən ,şagirdlərə yalnız bilik deyil, həm də yüksək mənəvi dəyərlər aşılamasından bəhs etdilər.
Qeyd olundu ki, Aida xanım uzun illər müəllimlik peşəsinə böyük sevgi ilə yanaşıb, şagirdlərinin hər birinə fərdi diqqət göstərərək onların uğurlarında mühüm rol oynayıb. Onun yetirmələri müxtəlif sahələrdə nailiyyətlər qazanaraq müəllimlərinin adını daim uca tutublar. Aida müəllimə yaradıcı, daim öz üzərində çalışan novator pedaqoqdur.
Onun öz ixtisasına aid dəfələrlə elmi ,pedaqoji, metodiki məqalələri müxtəlif mətbuat səhifələrində işıqlandırılmışdır. Aida İsgəndərovanın keçən il böyük coşqu ilə nəşr elətdirdiyi " Ömrümə bəzək şagirdlərim" kitabı Rayon ictimaiyyətinin iştirakı ilə geniş təqdimatı keçirildi. Duyğulu anlarla başa çatan tədbirdə Aida İsgəndərova ETİHİ Rayon Komitəsinin və məktəb rəhbərliyinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.
Sonda Aida müəllimə çıxış edərək göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirdi. O, müəllimlik fəaliyyətinin onun həyatının ən şərəfli və mənalı dövrünün olduğunu vurğuladı və şagirdlərinə, kollektiv üzvlərinə gələcək həyatlarında uğurlar arzuladı.
Rayonun bütün təhsil ictimaiyyəti adından Aida İsgəndərovanı yubiley yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirik, ona sağlam ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq.










