Xəbərlər
Tərtər rayon Ağkənd kənd Habil Qasımov körpələr evi uşaq baxçasının kollektivi Ağcakən, Gülüstan və Mingəçevir şəhərlərinə səfər ediblər.

Tərtər rayon Ağkənd kənd Habil Qasımov körpələr evi uşaq baxçasının kollektivinin müraciətini nəzərə alaraq 22.08.2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkərlar İttifaqının Tərtər Rayon Komitəsi tərəfindən təşkil edilmiş, Azərbaycanın dilbər guşələrindən olan Ağcakənd, Gülüstan və Mingəçevir şəhərlərinə səfər ediblər. Səfər iştirakçıları ziyarət etdikləri bölgələrin təbii gözəlliklərini seyr edib, maraqlı və yaddaqalan anlar yaşayıblar. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb və həmkarlar arasında ünsiyyətin, həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verib. Tərtər rayon Ağkənd kənd Habil Qasımov adına körpələr evi uşaq baxçasının bir günlük gəzintisini təşkil edilməsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbəri Araz Paşayevə öz dərin minnətdarlıqlarını bildiriblər.









