“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tərtər rayon Qazyan kənd Vüqar Əkbərov körpələr evi uşaq baxçası Şəki və Qax şəhərlərinə səfər ediblər.

04/08/2026, 09:41
xeber1

Tərtər rayon Qazyan kənd Vüqar Əkbərov körpələr evi uşaq baxçasının kollektivinin müraciətini nəzərə alaraq 02.08.2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkərlar İttifaqının Tərtər Rayon Komitəsi tərəfindən təşkil edilmiş, Azərbaycanın dilbər guşələrindən olan Şəki şəhərinə və Qax şəhərlərinə səfər ediblər. Səfər iştirakçıları iyarət etdikləri bölgələrin təbii gözəlliklərini seyr edib, maraqlı və yaddaqalan anlar yaşayıblar. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb və həmkarlar arasında ünsiyyətin, həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verib. Tərtər rayon Qazyan kənd Vüqar Əkbərov adına körpələr evi uşaq baxçasının bir günlük gəzintisini təşkil edilməsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbəri Araz Paşayevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: