Xəbərlər
Tərtər rayon Xoruzlu kənd Fuad Məmmədov körpələr evi uşaq baxçası Qəbələ və Şəki şəhərlərinə səfər ediblər

Tərtər rayon Xoruzlu kənd Fuad Məmmədov körpələr evi uşaq baxçasının kollektivinin müraciətini nəzərə alaraq 29.08.2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkərlar İttifaqının Tərtər Rayon Komitəsi tərəfindən təşkil edilmiş, Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələ və Şəki şəhərlərinə səfər ediblər. Səfər iştirakçıları ziyarət etdikləri bölgələrin təbii gözəlliklərini seyr edib, maraqlı və yaddaqalan anlar yaşayıblar. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb və həmkarlar arasında ünsiyyətin, həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verib. Tərtər rayon Xoruzlu kənd Fuad Məmmədov adına körpələr evi uşaq baxçasının bir günlük gəzintisini təşkil edilməsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbəri Araz Paşayevə öz dərin minnətdarlıqlarını bildiriblər.







