Xəbərlər
Tərtər rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Təhsil sektoru Elm və Təhsil İşçiləri Həmkarlar Komitəsinin dəstəyi ilə bayram tədbiri keçirilib

Tərtər rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Təhsil sektoru Elm və Təhsil İşçiləri Həmkarlar Komitəsinin dəstəyi ilə bayram tədbiri keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin Deputatı Anar Məmmədov, Qarabağ Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli, Tərtər rayon sektor müdiri Oktay Sarıkişiyev , Tərtər Rayon Elm və Təhsil İşçiləri, Həmkarlar İttifaqının komitə sədri Niyaməddin Aslanov və canlarını Vətən uğrunda fəda etmiş şəhidlərimizin və qazilərimizin övladları iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları bayram münasibətilə səmimi qəlbdən təbrik edib, onlara cansağlığı, xoşbəxt gələcək və təhsildə uğurlar arzulayıb. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli əlamətdar gün münasibətilə uşaqları təbrik edərək bildirib ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü təkcə bir bayram deyil, həm də cəmiyyətimizin gələcəyi olan, azyaşlılara göstərilən dövlət qayğısının növbəti təzahürüdür. Tərtər rayon Təhsil sektorunun müdiri Oktay Sarıkışıyev xüsusi vurğulayıb ki, şəhid və qazi ailələrinin övladları xalqımız üçün ən əziz əmanətdir. Onların firavanlığı, sağlam və savadlı bir vətəndaş kimi yetişməsi hər birimizin mənəvi borcudur.
Tərtər Rayon Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının komitə sədri Niyaməddin Aslanov sonda çıxış edərək Şəhid və Qazi valideynlərinin övladlarına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər











