“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tərtər rayonunda yerləşən körpələr evi-uşaq bağçalarında “31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə bayram şənliyi keçirilib.

26/12/2025, 12:28
xeber1

Tədbirdə çıxış edən ETİHİ Tərtər Rayon Komitəsinin sədri Niyaməddin Aslanov uşaqları “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə təbrik etdi, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzuladı.Daha sonra uşaqların ifasında Yeni İlə həsr olunmuş azərbaycan, rus və ingilis dillərində söylənilən şerlər, mahnılar, eləcə də nümayiş etdirilən  mili və xarici rəqs nömrələri alqışlarla qarşılanıb. Balacaların nümayiş etdirdiyi yeni il səhnəcikləri maraqla izlənilib.Tədbirdə şaxta babanın və qar qızın hədiyyələrlə şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək hədiyyələr paylaması və uşaqlarla rəqs etməsi onların daha da sevincinə səbəb olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: