Xəbərlər
Tərtər şəhər 4 nömrəli körpələr evi uşaq baxçasının kollektivi Şəki və Qax gəzintiləri

Tərtər şəhər 4 nömrəli körpələr evi uşaq baxçasının kollektivinin müraciətini nəzərə alaraq 01.08.2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkərlar İttifaqının Tərtər Rayon Komitəsi tərəfindən təşkil edilmiş, Azərbaycanın dilbər guşələrindən olan Şəki şəhərinə, Şəki yaylasına, və Qax şəhərlərinə səfər ediblər. Səfər iştirakçıları ziyarət etdikləri bölgələrin təbii gözəlliklərini seyr edib, maraqlı və yaddaqalan anlar yaşayıblar. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb və həmkarlar arasında ünsiyyətin, həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verib. Tərtər şəhər 4 nömrəli körpələr evi uşaq baxçasının bir günlük gəzintisini təşkil edilməsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbəri Araz Paşayevə öz dərin minnətdarlıqlarını bildiriblər.






