Xəbərlər
Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbin Rus dili bölməsi kollektivi Göygöl və Ağcakəndə səfər ediblər
27/06/2026, 17:46

Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbin Rus dili bölməsi kollektivinin istək və arzularını nəzərə alaraq 26.06.2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkərlar İttifaqının Tərtər Rayin Komitəsi tərəfindən təşkil edilmiş, Azərbaycanın dilbər guşələrindən biri olan Göygöl və Ağcakəndə səfər ediblər. Məktəb kollektivinin bir günlük gəzintisini təşkil edilməsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbəri Araz Paşayevə və digər məsul şəxslərə öz dərin minnətdarlıqlarını bildiriblər.




