Xəbərlər
Tərtərdə “Anım Günü”nə həsr edilmiş şahmat turniri keçirilib

Tərtərdə “Anım Günü”nə həsr edilmiş şahmat turniri keçirilib
YAP Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti, Qarabağ Gənclər və İdman İdarəsi və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər-Ağdərə rayonları üzrə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə Tərtər Uşaq Gənclər İdman Şahmat Məktəbində 4 yaş qrupu üzrə şagirdlər arasında şahmat idman növü üzrə turnir keçirilmişdir.
Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev, Təhsil İşçiləri Həmkarlar Komitəsinin rayon komitəsinin sədri Niyaməddin Aslanov , YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev, Qarabağ Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov və Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Fərəc Rzayev çıxış edərək, 27 Sentyabr–Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu qeyd ediblər
Qaliblər YAP Tərtər rayon təşkilatı və Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif ediləcək







