Xəbərlər
Təşkilat sədrlərinin öz kollektivləri ilə görüşü keçirilmişdir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin ilk həmkar təşkilatı sədrləri ilə keçirilən görüşdən sonra verilən tapşırıqlara uyğun olaraq, təşkilat sədrləri öz kollektivləri ilə görüşlər keçirmişlər.
Keçirilən görüşlər zamanı kollektivlər istirahət mərkəzləri, sanatoriya və kurortlar, eləcə də həmkarlar ittifaqının fəaliyyəti və gördüyü işlər barədə ətraflı şəkildə məlumatlandırılmış, maarifləndirici söhbətlər aparılmışdır. Eyni zamanda, həmkarlar üçün nəzərdə tutulmuş sanatoriya və kurort xidmətlərindən istifadə qaydaları izah edilmiş, bu imkanlardan necə yararlanmaq barədə praktik tövsiyələr verilmişdir. Kollektiv üzvlərini maraqlandıran suallar cavablandırılmış və onların təklifləri dinlənilmişdir.Bu cür görüşlərin keçirilməsi həmkarların məlumatlılığının artırılmasına, onların sosial rifahının yaxşılaşdırılmasına və həmkarlar ittifaqlarının fəaliyyətinə olan etimadın daha da güclənməsinə mühüm töhfə verir.






