Xəbərlər
Təşkilat üzvləri bizim varlığımızdır

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETIHI Ağstafa Rayon Komitəsinin üzv təşkilatlarından olan Qarahəsənli kənd ümumi orta məktəbində kollektivlə görüş keçirilmişdir. Görüş səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində baş tutmuş, müəllimləri maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.
Kollektiv üzvləri göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə etmiş, təhsil işçilərinin sosial və əmək hüquqlarının qorunması istiqamətində aparılan ardıcıl fəaliyyətə görə təşəkkürlərini bildirmişlər. Görüş zamanı həmkarlar ittifaqının təhsil sahəsində gördüyü işlər yüksək dəyərləndirilmişdir.
Sonda Qarahəsənli kənd ümumi orta məktəbinin kollektivi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, cənab Araz Paşayevə təhsil işçilərinə göstərdiyi diqqət, qayğı və dəstəyə görə dərin minnətdarlıqlarını ifadə etmişdir.





