Xəbərlər
Təşkilat üzvləri bizim varlığımızdır

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilat üzvlərindən olan Aşağı Göycəli kənd tam orta məktəbində olduq və məktəbin pedaqoji kollektivi ilə səmimi görüş keçirdik. Görüş zamanı kənd məktəblərində çalışan müəllimlərin fəaliyyəti, onların sosial rifahı və iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparıldı.Kollektiv onlara göstərilən diqqət və qayğıya görə ilk növbədə ölkə rəhbəri cənab Prezident Ilham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Pashayev ə xüsusi təşəkkürlərini çatdıraraq qeyd etdilər ki, həmkarlar təşkilatının müəllim kollektivinə göstərdiyi davamlı diqqət və qayğı artıq hər bir üzv tərəfindən real şəkildə hiss olunur.
Çıxışlarda vurğulandı ki, mütəmadi olaraq keçirilən görüşlər, yerində maraqlanma və müəllimlərin fikir və təkliflərinin dinlənilməsi kollektiv üçün böyük mənəvi dəyərdir. Bu cür sıx ünsiyyət müəllimlərə göstərilən hörmətin və onların əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir. Kollektiv belə görüşlərin davamlı olmasını arzuladı və həmkarlar ittifaqının fəaliyyətində yeni-yeni uğurlar dilədi.





