Xəbərlər
Təşkilat üzvləri ilə görüş.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi Ağstafa rayonunun ucqar və "Qəhrəman kənd " adı ilə məhşur olan Tatlı kəndinin körpələr evi–uşaq bağçasında olduq.
Bağçada böyüyən körpə balalarımızın tərbiyəsi ilə məşğul olan müəllim və tərbiyəçi heyəti ilə səmimi görüş keçirildi. Kollektivlə aparılan söhbət zamanı onların böyük məmnunluq hissi keçirdiklərinin şahidi olduq. Onlar bildirdilər ki, göstərilən diqqət və qayğıdan çox şad olublar, həmkarlar təşkilatının fəaliyyətini yüksək qiymətləndirir və bu cür görüşlərin davamlı olmasını arzulayırlar.
Qeyd olundu ki, ucqar sərhəd kəndi olmasına baxmayaraq, Tatlı kəndində vətənpərvər ruhda böyüyən körpələrimiz gələcəyimizin təminatıdır. Çünki qəhrəman kəndlər qəhrəman övladlar yetişdirir.
Görüş qarşılıqlı hörmət, səmimiyyət və təşəkkür hissi ilə başa çatdı.





