“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təşkilati fəaliyyətin daha səmərəli qurulması məqsədilə seçki keçirilib

25/08/2026, 14:18
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Ağstafa rayonu Vurğun qəsəbəsi 1 nömrəli körpələr evi-uşaq bağçasının həmkarlar təşkilatında təşkilati fəaliyyətin daha səmərəli qurulması məqsədilə seçki keçirilib.

Fəaliyyətini tələb olunan səviyyədə həyata keçirə bilməməsi və müasir texnologiyalardan istifadə imkanlarının məhdud olması nəzərə alınaraq əvvəlki ilk təşkilat sədrinin fəaliyyətinə xitam verilmiş və keçirilən seçki nəticəsində həmkarlar təşkilatına yeni sədr seçilmişdir.

Yeni sədrimizi bu məsuliyyətli və şərəfli vəzifə münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, o, həmkarlar ittifaqı hərəkatında fəallığı, təşəbbüskarlığı və məsuliyyətli fəaliyyəti ilə seçiləcək, üzvlərinin hüquq və mənafelərinin müdafiəsində onların səsi olacaq və hər zaman həmkarları ilə birlikdə addımlayacaqdır.

Yeni sədrə fəaliyyətində uğurlar, kollektivə isə birlik və həmrəylik arzulayırıq!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: