“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təşkilatlarımızda çalışan şəhid anasını ziyarət etdik

06/04/2026, 21:13
xeber1

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarında çalışan şəhid anası, Vətən uğrunda canından keçmiş Tahir Çingiz oğlu Əliyevin anası Afiqə xanımı ziyarət etdik.

Ziyarət zamanı Afiqə xanım göstərilən diqqət və qayğıdan böyük məmnunluq hissi keçirdiyini bildirdi. O, qeyd etdi ki, ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək ehtiram və qayğı hər zaman hiss olunur və bu, onlar üçün böyük mənəvi dəstəkdir.

Afiqə xanım xüsusilə vurğuladı ki, dövlət başçısı, İlham Əliyev tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı daim hiss edilir və bu diqqət onların həyatında mühüm yer tutur.

Eyni zamanda, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nın üzvlərinə, o cümlədən şəhid ailələrinə göstərdiyi qayğı və dəstəyə görə dərin minnətdarlığını ifadə etdi.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: