Xəbərlər
Təşkilatlarlarda üzvlərimizlə görüş

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin üzv təşkilatlarından olan ucqar kəndlərdən biri – Xılxına kənd tam orta məktəbinin və Düzqışlaq kənd tam orta məktəbin kollektivi ilə geniş tərkibli görüş keçirildi.
Görüş zamanı məktəbin müəllim və texniki heyəti iştirak edərək təhsil işçilərini narahat edən mövzular, sosial-məişət məsələləri, əmək hüquqları və həmkarlar ittifaqının fəaliyyəti ilə bağlı fikir və təkliflərini səsləndirdilər. Kollektiv üzvlərini maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı, səsləndirilən təkliflər diqqətə alındı və müvafiq qeydlər aparıldı.
Görüşdə həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının son bir il ərzində həyata keçirdiyi yeniliklər, görülən işlər, sosial müdafiənin gücləndirilməsi, üzvlərə göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verildi.
Məktəblərin kollektivi Həmkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirərək, son bir ildə aparılan islahatlara, həyata keçirilən yeniliklərə və təhsil işçilərinin hüquqlarının qorunması istiqamətində görülən işlərə görə
Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə təşəkkür və minnətdarlıqlarını bildirdilər. Sonda bu cür görüşlərin ucqar kənd məktəblərində çalışan təhsil işçiləri üçün mühüm əhəmiyyət daşıdığı vurğulandı və qarşılıqlı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olundu.




