Xəbərlər
Tətil günlərində asudə vaxtının səmərəli təşkili məqsədilə idman tədbiri keçirildi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
Ağstafa Rayon Komitəsinin dəstəyi ilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Rayon Təhsil Sektorunun təşkilatlarından olan Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili məqsədilə idman tədbiri keçirildi.
Tədbir çərçivəsində müəllim və digər təhsil işçiləri arasında şahmat, domino və nərd üzrə maraqlı yarışlar təşkil olunmuş, iştirakçılar sağlam rəqabət şəraitində öz bacarıqlarını nümayiş etdirdilər. Yarışlar iştirakçılar tərəfindən böyük maraq və yüksək əhval-ruhiyyə ilə qarşılanmış, kollektiv arasında həmrəyliyin və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verir.
Bu cür tədbirlərin keçirilməsi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və kollektivdə qarşılıqlı əməkdaşlıq mühitinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.







