“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı günü” keçirilib.

14/05/2026, 15:57
xeber1

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor əvəzi Səbinə Hacıyeva qonaqları salamlayaraq, hər il ənənəvi olaraq təşkil edilən “Açıq qapı günü”nün əhəmiyyətindən bəhs edib. O, peşə təhsilinin inkişafı, gənclərin əmək bazarına hazırlanması və innovativ bacarıqların formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov, Türkiyə Texnologiya Takımı Vəqfinin Azərbaycan direktoru, TEKNOFEST Azərbaycan direktoru, həmçinin ASAN Xidmət və Türkiyə Texnologiya Takımı Vəqfinin əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən “Bilim Bakı” mərkəzinin direktoru Ahmed Köse, iş adamı Rəsul Orucov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Peşə Təhsil Mərkəzinin müxtəlif ixtisas qrupları üzrə təhsil alan tələbələr öz startup layihələrini təqdim ediblər. Eyni zamanda tələbələrin hazırladıqları əl işləri və praktiki bacarıqları nümayiş etdirilib. Dərzi, aşpaz, qaynaqçı və İT ixtisasları üzrə təhsil alan tələbələr öz peşə bacarıqlarını sərgiləyərək iştirakçıların böyük marağına səbəb olublar.

Bədii hissədə musiqi nömrələri və rəqs çıxışları təqdim olunub.

Çıxış edən Ahmed Köse və Sübut Əsədov tələbələrin fəallığını yüksək qiymətləndirərək, Mərkəzin rəhbərliyinə və pedaqoji kollektivə təşəkkürlərini bildiriblər, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: