“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Novruz bayramı qeyd olunub

18/03/2026, 12:46
xeber1

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində xalqımızın qədim və zəngin ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə tədbir təşkil olunub.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov iştirak edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. O, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayevin təbrik və salamlarını çatdırıb.

Sübut Əsədov çıxışında Novruz bayramının milli-mənəvi dəyərlərimizin təcəssümü olduğunu vurğulayaraq bildirib ki, bu əziz günlər insanlara birlik, həmrəylik və xoş ovqat bəxş edir.

Bayram tədbiri çərçivəsində tələbələr tərəfindən hazırlanmış musiqili və bədii proqramlar nümayiş olunub, Novruzun adət-ənənələrini əks etdirən səhnəciklər təqdim edilib. Səməni, milli şirniyyatlar və bayram atributları tədbirə xüsusi rəng qatıb.

Sonda iştirakçılar bir daha Novruz bayramı münasibətilə təbrik olunub, onlara xoş arzular çatdırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: