“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrlə maarifləndirici görüş keçirilib

17/12/2025, 18:45
xeber1

2025-ci il dekabrın 17-də Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrlə maarifləndirici görüş təşkil olunmuşdur. Tədbirdə Mərkəzin direktoru Səbinə Hacıyeva,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov , komitənin əməkdaşları Kəmalə Möhbaliyeva və Tural Hacıyev , TTÜBDPTM-nin həmkarlar təşkilatının sədri Ramil Əliyev, tələbə həmkarlar təşkilatının sədri Dadaş Şeydayev, iştirak etmişlər.

Görüş zamanı tələbələrlə səmərəli fikir mübadiləsi aparılmış, onların ictimai işlərdə fəal iştirakı, sosial məsuliyyətinin artırılması və həmkarlar ittifaqına üzv olmanın əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Çıxışlarda xüsusilə vurğulanmışdır ki, həmkarlar ittifaqına üzvlük tələbələrin hüquq və maraqlarının qorunmasına, sosial dəstək mexanizmlərindən yararlanmasına, eləcə də müxtəlif maarifləndirici və sosial layihələrdə iştirak imkanlarının genişlənməsinə şərait yaradır.

Tədbir çərçivəsində tələbələrin könüllülük fəaliyyətinə cəlb olunmasının önəmi də xüsusi qeyd edilmiş, bunun onların şəxsi inkişafına, liderlik bacarıqlarının formalaşmasına və cəmiyyətə faydalı fərd kimi yetişmələrinə verdiyi töhfələr diqqətə çatdırılmışdır. Həmçinin tələbələr həmkarlar ittifaqının həyata keçirdiyi layihələr, sosial təşəbbüslər və gələcək planlar barədə ətraflı məlumatlandırılmışdır.

Görüş interaktiv formatda keçmiş, tələbələri maraqlandıran suallar cavablandırılmış və onların təklif və fikirləri dinlənilmişdir. Tədbir tələbələrin ictimai fəallığının artırılması, həmkarlar ittifaqı ideyalarının təbliği və gənclərin maarifləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: