“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Texniki-Humanitar Liseydə Zəfər Günü qeyd olunub

06/11/2026, 15:27
xeber1

Texniki-Humanitar Liseydə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.


Tədbirdə ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova iştirak edib. Tədbir çərçivəsində Azərbaycanın tarixi Zəfərinin əhəmiyyəti, Vətən müharibəsində qazanılan şanlı Qələbənin xalqımızın birliyi, həmrəyliyi və qəhrəmanlığının təcəssümü olduğu vurğulanıb. Tədbirin əsas məqsədi şagirdlərə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini aşılamaq, xalqımızın qəhrəmanlıq salnaməsini xatırlatmaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olub.

Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizədən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən və xalqımızın birlik, həmrəylik nümayişindən bəhs edilib. Şagirdlər Zəfər Gününün tarixi əhəmiyyətini əks etdirən şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar ifa edib və bədii kompozisiyalar təqdim ediblər.

Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin xalqımızın milli qürur mənbəyi olduğu, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: