“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Texnologiya Müəllimi Fəridə Səlimovanın 65 İllik Yubileyi Qeyd Olundu

21/10/2025, 00:04
xeber1

Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin Texnologiya fənn müəllimi Səlimova Fəridə Vəli qızı 65 illik yubileyi münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran rayon Komitəsi tərəfindən təbrik olunub.


Təcrübəli və işinə sadiq müəllimə yubiley münasibətilə fəxri-fərman və qiymətli hədiyyələrlə təltif edilib. Tədbirdə həmkarları və təhsil ictimaiyyəti tərəfindən Fəridə xanımın pedaqoji fəaliyyətindəki yüksək nəticələri, məktəbin inkişafına verdiyi töhfələr və gənc nəslin yetişməsindəki əvəzsiz rolu vurğulanıb.


Müəllimə göstərilən bu diqqət və qayğıya görə minnətdarlığını bildirib, uzun illər təhsil sahəsində çalışmağın onun üçün böyük qürur mənbəyi olduğunu qeyd edib.


Biz də dəyərli müəlliməmiz Səlimova Fəridə Vəli qızını 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.




Sosial şəbəkələrdə paylaş: