“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

THİK-in üzvlərindən uşaqlar evinə mənəvi dəstək

03/10/2025, 13:27
xeber1

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin birgə təşəbbüsü ilə uşaqlar evinə növbəti ziyarət təşkil olunub.


Sosial yönümlü bu təşəbbüs çərçivəsində universitetin THİK sədri Şahmar Rəfili və bir qrup fəal tələbə azyaşlı uşaqlarla görüşüb, onlara hədiyyələr təqdim ediblər. Tələbələr uşaqlarla birgə əyləncəli və yaddaqalan vaxt keçirib, onlarla müxtəlif oyunlar oynayıb üzlərində sevinc yaratmağı bacarıblar. 


Aksiyanın əsas məqsədi uşaqlara mənəvi dəstək olmaq, onlara sevinc bəxş etmək və tələbələrə sosial məsuliyyət duyğusunu təşviq etmək olub. Belə təşəbbüslər tələbələrin ictimai fəallığının artırılması və onlarda humanitar dəyərlərin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: