“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Topalhəsənli məktəbinin kollektivi üçün Qəbələ–İsmayıllı istiqamətində ekskursiya təşkil olunub.

24/06/2026, 09:31
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinin dəstəyi ilə Topalhəsənli kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qəbələ və İsmayıllı rayonlarına ekskursiya təşkil olunub.

Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, mənalı istirahətinin təmin edilməsi, eləcə də ölkəmizin zəngin təbiəti, tarixi və mədəni irsi ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.

Ekskursiya iştirakçıları Qəbələ və İsmayıllının görməli məkanlarını ziyarət edib, bölgələrin füsunkar təbiəti və tarixi abidələri ilə tanış olublar.

Səfər iştirakçılarında xoş təəssüratlar yaradıb, onların mənalı və faydalı istirahəti təmin olunub.

Təhsil işçiləri göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirərək bu cür tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: