“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Topçu kənd tam orta ümumtəhsil məktəbinin kollektivi işğaldan azad olunmuş Qarabağ torpaqlarına ekskursiya etdi.

22/07/2026, 09:08
xeber1

21.06.2026-cı il tarixində İsmayıllı rayonu Topçu kənd tam orta ümumtəhsil məktəbinin kollektivi – ETİHİ İsmayıllı rayon komitəsinin və məktəb rəhbərliyinin təşkilatçılığı ilə – işğaldan azad olunmuş Qarabağ torpaqlarına ekskursiya etdi.


Ekskursiya zamanı azad edilmiş Ağdam, Əsgəran, Xocalı , Xankəndi və Şuşa şəhərləri ziyarət edildi. Şəhidlərimizin qanı bahasına geri alınan torpaqlarda olmaq bir başqa, qürurverici hissdir.


Arzu edən hər kəsə bu yerləri ziyarət etmək nəsib olsun! Səfərin təşkilində göstərdiyi dəstəyə görə kollektiv üzvləri Elm və Təhsil İşçiləri Respublika Komitəsinə və əməyi olan hər kəsə dərin təşəkkürünü və minnətdarlığını bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: