“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tovuz Rayon Təhsil İşçilərinin İttifaq üzvləri, ilk Həmkarlar sədrləri, Şəhid ailələri Quba rayonunda yerləşən NAZLI BULAQ istirahət mərkəzində 3 günlük mənalı, yaddaqalan istirahət keçirdilər

18/05/2026, 09:53
xeber1

Elm və Təhsil işçiləri Həmkarlar İTTİFAQLARININ təşkilatçılığı ilə Tovuz Rayon Təhsil İşçilərinin İttifaq üzvləri, ilk Həmkarlar sədrləri, Şəhid ailələri Quba rayonunda yerləşən NAZLI BULAQ istirahət mərkəzində 3 günlük mənalı, yaddaqalan istirahət keçirdilər. Səyahət zamanı həmkarlara göstərilən yüksək qayğı və səmimi münasibət hər kəs tərəfindən böyük razılıqla qarşılandı. Nazlı BULAQ istirahət mərkəzində yaradılan rahat şərait və nümunəvi xidmət sayəsində ittifaq üzvləri xoş və unudulmaz anlar yaşadılar. Göstərilən diqqət və qayğıya görə AHİK sədri Sahib Məmmədova, ETİHİ sədri Araz Paşayevə dərin minnətdarlığımızı bildiririk.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: