Xəbərlər
Tovuz rayonu Azaflı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Əmrahov Rəşid Əmrah oğlunun 65 illik yubileyi
09/04/2026, 11:41

ETİHİ Tovuz Rayon Komitəsi üzv təşkilatımızdan olan Tovuz rayonu Azaflı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Əmrahov Rəşid Əmrah oğlunun 65 illik yubileyi münasibətilə məktəb kollektivi ilə birgə yubiley tədbiri təşkil olunmuşdur. Rəhbərlik etdiyi müddətdə kollektiv üzvlərinə daim diqqət və qayğı göstərməsi müəllimlərdə peşə fəaliyyətinə olan motivasiyanı artmasına səbəb olmuşdur. Rəşid Əmrahova təhsil sahəsində çoxillik səmərəli fəaliyyəti və 65 illik yubileyi münasibətilə Tovuz Rayon Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunub.






