Xəbərlər
Tovuz rayonu Cilovdarlı kənd körpələr evi-uşaq bağçasının açılışı

Tovuz Rayon Cilovdarlı kəndində iş adamı Akademik İlham Rəhimovun öz vəsaiti hesabına tikdirdiyi bağça istifadəyə verilmişdir. Bağça standartlara uyğun, müasir tipli yüksək səviyyəli avadanlıqlarla təchiz olunmuşdur. Körpə fidanlar üçün hər cürə şərait yaradılmış, idman meydançaları, köşklər attraksionlar uşaqların xidmətinə verilmişdir. İnşa edilmiş bağça işçilərin, valideynlərin və ən əsası uşaqların böyük sevincinə səbəb olmuşdur. Bu gün Tovuz Rayon Həmkarlar komitəsi bir qrup ilk Həmkarlar sədrləri ilə birlikdə Tovuz rayonu Cilovdarlı kənd körpələr evi-uşaq bağçasında olduq uşaqları və bağça işçilərini yeni bağçaya köçmələri münasibətilə, həm də qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik etdik. Bağçanın kiçik sakinlərinə hədiyyələr paylandı.









