Xəbərlər
Tovuz rayonu Habil Cəfərov adına Hunanlar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Şəki şəhərində ekskursiyada oldular
31/08/2026, 09:15

Həmkarlar İttifaqı üzvlərinin asudə vaxtlarının səmərəli təşkili,onların istirahətinin təmin edilməsi və kollektivdə mehriban münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə üzv təşkilatlarımızdan olan Tovuz rayonu Habil Cəfərov adına Hunanlar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Şəki şəhərində ekskursiyada oldular.Gəzinti iştirakçılara xoş istirahət etmək,bir-birilə ünsiyyət qurmaq və gündəlik iş qayğılarından bir qədər uzaqlaşmaq imkanı yaratmışdır.Belə tədbir Həmkarlar İttifaqı üzvlərinin sosial və mənəvi rifahına müsbət təsir göstərir.









