Xəbərlər
Tovuz rayonu Xanlar Cəfərov adına Qazıqulu kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi İsmayılova Eminə Məhəmməd qızının 65 yaşı tamam olması münasibətilə məktəb kollektivi və ETİHİ Tovuz Rayon Komitəsi yubilyarı təbrik etdi

Tovuz rayonu Xanlar Cəfərov adına Qazıqulu kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi İsmayılova Eminə Məhəmməd qızının 65 yaşı tamam olması münasibətilə məktəb kollektivi və ETİHİ Tovuz Rayon Komitəsi yubilyarı təbrik etdi. Eminə müəllim uzun illər gənc nəslin təlim tərbiyəsində yüksək peşəkarlıqla çalışmış, doğma dilimizi şagirdlərə böyük həvəslə tədris etmişdir. Eminə xanım mənəvi keyfiyyətləri ilə, insanpərvərlik ilə, pedaqoji ustalığı ilə kollektivin rəğbətini qazanmışdır. Bu əlamətdar gün münasibətilə yubilyarı məktəb kollektivi və ETİHİ Tovuz RK gül buket və qiymətli hədiyyə ilə təbrik etmişdir.






