“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tovuz rayonuna səfər

06/08/2026, 10:01
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Vurğun qəsəbə 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi asudə vaxtın səmərəli və yaddaqalan keçirilməsi məqsədilə Tovuz rayonuna səfər edib. Səfər zamanı kollektiv üzvləri üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, Həmkarlar İttifaqlarının təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və əməkdaşların mənəvi-psixoloji istirahətinin təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər hər bir həmkar üçün böyük əhəmiyyət daşıyır.

Bu cür təşəbbüslər həmkarlar ittifaqı üzvlərinin həmrəyliyinin və təşkilata olan inamının daha da möhkəmlənməsinə, kollektivlər arasında səmimi münasibətlərin formalaşmasına mühüm töhfə verir.

Sosial şəbəkələrdə paylaş: