“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tovuz rayonunun Kirən kəndinə ekskursiya

17/08/2026, 14:10
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarında fəaliyyət göstərən ilk həmkarlar təşkilatı sədrlərinin asudə vaxtlarının səmərəli və yaddaqalan təşkili məqsədilə Tovuz rayonunun Kirən kəndinə ekskursiya təşkil olundu.

Ekskursiya iştirakçıları onlar üçün yaradılan şəraitdən və istirahət və asudə vaxtlarının xoş, maraqlı və səmərəli keçməsi üçün göstərilən diqqətdən məmnunluqlarını ifadə edərək, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə, eləcə də ETİHİ Ağstafa Rayon Komitəsinin rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.

Qeyd olunub ki, belə görüş və tədbirlər həmkarlar ittifaqı təşkilatları arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə verir. İlk həmkarlar təşkilatı sədrlərinin bir araya gəlməsi, fikir və təcrübə mübadiləsi aparması onların fəaliyyətlərinin daha səmərəli qurulmasına, qarşılıqlı dəstəyin və əməkdaşlığın gücləndirilməsinə böyük imkan yaradır.

Belə tədbirlərin keçirilməsi həmkarlar ittifaqı üzvlərinin sosial və mənəvi rifahına göstərilən diqqətin, eyni zamanda birlik və həmrəyliyə verilən yüksək dəyərin bariz nümunəsidir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: