Xəbərlər
Tovuza təşkil olunan ekskursiya məktəb kollektivində xoş təəssüratlar yaradıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Telman Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbinin kollektivi üçün Tovuz rayonuna birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, kollektiv üzvləri arasında həmrəylik və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi olub.
Səfər çərçivəsində iştirakçılar Tovuz rayonunun füsunkar təbiəti, tarixi və mədəniyyət nümunələri ilə yaxından tanış olub, rayonun görməli məkanlarını ziyarət ediblər. Ekskursiya iştirakçılarda xoş təəssüratlar yaradıb, kollektiv üzvlərinin birgə istirahətinə və ünsiyyətinin daha da güclənməsinə müsbət təsir göstərib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması istiqamətində bu cür tədbirlərin keçirilməsini bundan sonra da davam etdirəcək.




