“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İTTİFAQ ÜZVLƏRİNİN ASUDƏ VAXTLARININ SƏMƏRƏLİ DƏYƏRLƏNDİRİLMƏSİ

25/05/2026, 12:34
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə Respublika fizika-riyaziyyat və informatika təmayüllü Liseyin ittifaq üzvləri üçün Quba şəhərinə birgünlük səfər təşkil edilib. Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahət üçün şərait yaradılması və kollektiv daxilində ünsiyyətin gücləndirilməsi olub.

Səfər müddətində təhsil işçiləri Quba şəhərinin zəngin tarixi və mədəni irsi ilə tanış olub, bölgənin özünəməxsus təbiət mənzərələrini yaxından müşahidə ediblər. Qubanın rəngarəng təbiəti, sərin havası və füsunkar mənzərələri kollektiv üzvlərinə xoş təsir bağışlayıb.

Respublika fizika-riyaziyyat və informatika təmayüllü Liseyin ittifaq üzvləri səfərin yüksək səviyyədə təşkili, göstərilən diqqət, qayğı və yaradılan əlverişli şəraitə görə AHİK və ETİHİ rəhbərliyinə öz dərin minnətdarlıqlarını ifadə edib. Peşəkar təşkilatçılıq, düşünülmüş səfər istiqaməti və ittifaq üzvlərinə göstərilən xüsusi münasibət gəzintini daha da yaddaqalan edib.

Səfər pedaqoji heyət və iştirakçılar üçün həm maarifləndirici, həm ruhlandırıcı, həm də unudulmaz istirahət günü kimi yadda qalıb. Təbiət qoynunda keçirilən bu ekskursiya kollektiv üzvlərinə gündəlik iş mühitindən uzaqlaşmaq, mənəvi rahatlıq tapmaq və xoş ovqatda vaxt keçirmək imkanı yaradıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: