Xəbərlər
İttifaq üzvləri arasında voleybol turniri start götürüb.

"8 Noyabr-Zəfər Günü" münasibətilə şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbində kişilərdən ibarət 10 komanda arasında voleybol yarışının açılış mərasimi keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin təşkilatçılığı ilə keçirilən yarış Dövlət Himninin səslənməsi və Zəfəri bizə bəxş edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayb.
Tədbiri giriş sözülə açan Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva,çıxış edənlər Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun müdiri Rauf Əsədov, məktəbin direktoru Büllur Abdulsəlimli müəllimlər və idman veteranları Zəfər Gününün tarixi əhəmiyyətindən qələbinin xalqımızın,rəşadətli Ordumuzun və Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində qazanıldığını və azad olunan torpaqlarda aparılan quruculuq işlərindən danışaraq,ittifaq üzvlərinə uğurlar arzulayıblar.
Turnirin məqsədi təhsil işçilərinin sağlamlığının qorunması, voleybol idman növünə marağı olan ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili və "Zəfər Gününün" əhəmiyyətinin təbliğidir.
A və B olmaqla 2 qrupda mübarizəyə başlayan komandalar,qaliblər müəyyən olunduqdan sonra “Əsasnaməyə” uyğun olaraq Şəhər Komitəsi tərəfindən mükafatlandırılacaqlar.












