Xəbərlər
İttifaq üzvləri hər zaman diqqət mərkəzindədir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Poylu kənd tam orta məktəbinin dəyərli müəllimləri Aygün Əliyeva və Qiyafət Əhmədovanı 65 illik yubileyləri münasibətilə təbrik etdik.
Ömrünün ən gözəl illərini müqəddəs müəllimlik peşəsinə həsr edən, neçə-neçə şagirdin təlim-tərbiyəsində və şəxsiyyət kimi formalaşmasında əvəzsiz xidmətləri olan müəllimlərimizin hər bir yubileyi bizim üçün xüsusi dəyər daşıyır.
Yubilyarlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavanlıq və bundan sonrakı həyat yollarında xoş, unudulmaz anlarla zəngin günlər arzulayırıq.
Qeyd edək ki, Layiqli Əmək Günü və 5 Oktyabr – Müəllimlər Günü münasibətilə də ziyarət etdiyimiz dəyərli müəllimlərimizə və Poylu kənd tam orta məktəbinin kollektivinə göstərilən diqqət və qayğı xüsusi rəğbətlə qarşılandı.
Yubiley sahibləri və məktəb kollektivi göstərilən diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə və ETİHİ Ağstafa Rayon Komitəsinə dərin minnətdarlıqlarını ifadə etdilər.
Müəllimə göstərilən ehtiram – gələcəyə, elmə və insan yetişdirən böyük əməyə verilən dəyərdir.




