Xəbərlər
İttifaq üzvləri ilə görüş.
17/02/2026, 09:26

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilat üzvlərindən olan Kolxəlfəli kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirildi.
Görüş zamanı kollektivin sualları və onları maraqlandıran məsələlər dinlənildi, mövcud problemlərlə yaxından tanış olundu. Xüsusilə sanatoriya və kurort xidmətləri ilə bağlı məlumat verildi, bu xidmətlərdən istifadə üçün elektron portal vasitəsilə müraciət edilməsinin zəruriliyi izah olundu və müraciət qaydaları barədə ətraflı açıqlama təqdim edildi.
Kollektiv göstərilən diqqət və qayğıya, həmçinin onları maraqlandıran sualların ətraflı cavablandırılmasına görə öz minnətdarlığını bildirdi və bu cür görüşlərin davamlı olmasının vacibliyini vurğuladı.





