“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İttifaq üzvləri ilə görüş.

28/02/2026, 21:06
xeber1

Ağstafa rayonunun Köçəsgər kənd 2 nömrəli tam orta məktəbinin kollektivi ilə görüş keçirildi. Görüş zamanı kollektivin maraqlandıran və onları narahat edən suallar cavablandırıldı, irad və təkliflər dinlənildi, lazımi məsləhətlər verildi. Həmçinin həmkarlar təşkilatının qarşıda duran planları və görüləcək işlər barədə ətraflı məlumat təqdim olundu.

Üzvlər sanatoriya və kurortlardan istifadə qaydaları barədə maarifləndirildi, mövcud şərtlər və prosedurlar izah edildi. Qeyd olundu ki, son bir il ərzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəaliyyəti daha da güclənmiş, üzvlərin məmnunluğunun təmin edilməsi istiqamətində mühüm və gözəçarpan addımlar atılmışdır. Təşkilat hər zaman öz üzvlərinin yanında olduğunu və bundan sonra da onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulamışdır. Məktəb direktoruna yalnız kollektivin deyil, həm də məktəbin şagirdlərinin böyük sevgisi və hörməti açıq şəkildə hiss olunurdu. Şagirdlərin direktoru görən kimi sevincək onun üzərinə qaçaraq səmimi şəkildə qucaqlamaları rəhbərliklə şagirdlər arasında formalaşmış isti və mehriban münasibətin bariz nümunəsi idi.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: