Xəbərlər
İttifaq üzvləri ilə görüş

Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva Baltalı kənd tam orta ümumtəhsil məktəbində və Baltalı kənd uşaq bağçasında ittifaq üzvləri ilə görüş keçirib.
İttifaq üzvlərinin əmək şəraiti ilə tanışlıqdan sonra görüş zamanı ittifaq üzvlərinin sosial-iqtisadi və əmək hüquqlarının qorunması, onların iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs olunub, üzvləri maraqlandıran məsələlər müzakirə edilib. Eyni zamanda həmkarlar ittifaqının fəaliyyət istiqamətləri, üzvlərə göstərilən sosial dəstək və qayğı barədə məlumat verilib.
Səmimi şəraitdə keçən görüşdə iştirakçıların təklif və müraciətləri dinlənilib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tövsiyələr verilib.
İttifaq üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.









