Xəbərlər
İttifaq üzvləri ilə görüş

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Eynallı kənd tam orta məktəbində görüş keçirildi. Görüş zamanı məktəbin pedaqoji kollektivi və həmkarlar ittifaqı üzvləri ilə geniş fikir mübadiləsi aparıldı, onların fəaliyyət şəraiti, sosial rifahı və qarşılaşdıqları məsələlər diqqətlə dinlənildi.
Həmkar üzvlər çıxış edərək onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini, həmkarlar ittifaqının hər zaman onların yanında olduğunu hiss etdiklərini xüsusi vurğuladılar. Bildirildi ki, bu cür görüşlər kollektivin motivasiyasının artırılmasında, həmrəyliyin gücləndirilməsində və işə olan məsuliyyət hissinin daha da yüksəlməsində mühüm rol oynayır.Eyni zamanda qeyd olundu ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən həyata keçirilən sosial yönümlü layihələr, bayram tədbirləri, maddi və mənəvi dəstək təşəbbüsləri üzvlər tərəfindən böyük razılıqla qarşılanır.
Buna görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nın Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nın Respublika Komitəsinin rəhbərliyinə dərin minnətdarlıq bildirdi.
Bu diqqət və qayğı müəllimlərin əməyinə verilən yüksək dəyərin bariz nümunəsi kimi dəyərləndirildi.
Görüş qarşılıqlı təşəkkür və xoş arzularla başa çatdı, gələcəkdə də bu cür səmərəli əməkdaşlığın davam etdiriləcəyi vurğulandı.






