Xəbərlər
İttifaq üzvləri ilə görüş

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Qırlı kənd 1 nömrəli körpələr evi-uşaq bağçasında olduq.
Görüş zamanı bağçanın kollektivi ilə səmimi söhbət aparıldı, onların qarşılaşdıqları problemlər və qaldırdıqları məsələlər dinlənildi.
Kollektiv öz növbəsində həmkarlar ittifaqı təşkilatının hər zaman onların yanında olmasından məmnunluğunu ifadə edərək, son dövrlərdə həmkarlar ittifaqının fəaliyyətində müsbət istiqamətdə ciddi dəyişikliklərin və yüksək səviyyəli işlərin həyata keçirildiyini vurğuladı.
Qırqlı kənd 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi göstərilən diqqət və qayğıya görə ETİHİ Respublika Komitəsinin rəhbərliyinə minnətdarlıqlarını, həmçinin ETİHİ Ağstafa Rayon Komitəsinə təşəkkürlərini bildirdilər.
Həmkarlar ittifaqı olaraq əsas məqsədimiz hər zaman üzvlərimizin yanında olmaq, onların problemlərini dinləmək, hüquq və mənafelərinin qorunmasına dəstək göstərməkdir.





