“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İttifaq üzvləri ilə görüş keçirildi

24/02/2026, 10:40
xeber1

ETİHİ Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə Ağcabədi rayonu Cəmil Quliyev adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbində həmkarlar ittifaqı üzvləri ilə görüş keçirildi.

Görüşün məqsədi həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, yollayışların elektron sistem üzərindən qeydiyyatı, məktəb həmkarlar təşkilatının funksiyaları, mədəni-kütləvi tədbirlərin və idman yarışlarının təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumatın çatdırılması olmuşdur. İttifaq üzvlərini maraqlandıran suallar cavablandırılmış, təklif və müraciətlər dinlənilmişdir.

Görüş zamanı 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir. Heydər Əliyev tərəfindən 25 fevral 1997-ci il tarixdə imzalanmış Sərəncama əsasən hər il fevralın 26-sı saat 17:00-da ölkə ərazisində sükut dəqiqəsi elan olunur. Qeyd edilmişdir ki, Azərbaycan Ordusunun rəşadəti və İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa edilmiş, tarixi ədalət təmin olunmuşdur.

ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən 2020-ci il Vətən müharibəsi iştirakçısı, Cəmil Quliyev adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin olunmuş Allahverdiyev Nadir Əziz oğlu ilə də görüş keçirilmişdir. Məktəbdə təhsil prosesinin səmərəli təşkili, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət, eləcə də idman sahəsində qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.

Məktəb rayon birinciliyində məktəblərarası voleybol yarışı üzrə I yerə layiq görülərək uğurlu nəticə əldə etmişdir.

Vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirən, sertifikasiya imtahanlarında yüksək nəticələr qazanan və idman sahəsində fərqlənən bir qrup müəllim ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

Uğurların davamlı və nailiyyətlərin daha yüksək zirvələrə doğru irəliləməsi arzulandı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: