Xəbərlər
İttifaq üzvləri ilə görüş keçirilib.

Samux rayon Alabaşlı qəsəbə tam orta məktəbin ilk həmkarlar təşkilatında növbədənkənar sədr seçkisi keçirilib.
Seçki məktəbin ilk həmkarlar ittifaqı təşkilatının sədri Məmmədova Natella Kamil qızının 65 yaşının tamam olması və əmək fəaliyyətinə xitam verilməsi ilə əlaqədar işdən ayrılması səbəbindən təşkil olunub.
Seçkidə məktəbin həmkarlar ittifaqı üzvlərinin iştirakı və açıq səsvermə yolu ilə Mahmudova Samirə Vaqif qızı məktəbin ilk həmkarlar ittifaqı təşkilatının sədri seçilib.
Görüşdə iştirak edən ETİHİ Samux Rayon Komitəsinin sədri təşkilat tərəfindən görülən işlər, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin, "AHİK+" mobil tətbiqinin təqdim etdiyi güzəştlər, imkanlar və tətbiqdən istifadə qaydaları iştirakçıların diqqətinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırb.










