Xəbərlər
İttifaq üzvləri ilə görüş məmnunluq yaradır

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin təşkilatlarından olan Uşaq-Gənclər Idman Şahmat Mərkəzinin
kollektivi ilə görüş keçirildi. Səmimi və mehriban şəraitdə baş tutan görüş iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılandı.
Görüş zamanı Ağstafa şəhər Uşaq-Gənclər Idman Şahmat Mərkəzinin kollektivi öz isti münasibəti və səmimiyyəti ilə seçilərək Həmkarlar təşkilatına olan bağlılığını bir daha nümayiş etdirdi. Bu isə bir daha təsdiq edir ki, Həmkarlar İttifaqının üzvləri ETİHİ Ağstafa Rayon Komitəsi nə böyük hörmət və etimad bəsləyirlər. Üzvlər onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını vurğulayaraq təşkilatın fəaliyyətini yüksək qiymətləndirdiklərini və hər zaman birlikdə olmağa hazır olduqlarını bildirdilər.
Qeyd etmək lazımdır ki, Şahmat klubunun müəllimləri Ağstafa rayonunu müxtəlif turnirlərdə daim yüksək səviyyədə təmsil etmiş, uğurlu nəticələr qazanmışlar. İnanırıq ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş respublika turnirində də Ağstafa şəhər məktəblərinin müəllimləri yüksək nəticələr əldə edərək rayonumuza növbəti qələbə və mükafatlar qazandıracaqlar.








