“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İttifaq üzvləri ilə görüşlər davam etdirilir.

04/11/2025, 09:42
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin "Fəaliyyət Planı" na uyğun olaraq ittifaq üzvlərinin əmək və sosial iqtisadi hüquqlarının qorunması və mövcud problemlərin vaxtında daha operativ həlli məqsədi ilə Komitə sədri Ziyafət Xasiyeva 9 müəssisədə-Baş Şabalıd,Cunud,Qumux,Şin,Baş Layısqı,Baş Göynük kənd 1 və 2 nömrəli tam orta ümumtəhsil, Aşağı Şabalıd kənd ümumi orta ümumtəhsil məktəblərində,həmçinin Baş Göynük kənd uşaq bağçasında ittifaq üzvləri ilə görüşlər keçirib.


Görüşdən əvvəl məktəblərin maddi –texniki bazası ilə yanaşı təhsil işçilərinin iş şəraiti ilə tanış olan sədr, ittifaq üzvlərinin müraciətlərini dinləyib,verilən təkliflər barəsində aidiyyatı qurumlar qarşısında məsələ qaldırılması qərara alınıb.Sonra görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verilib.


Bunula yanaşı Baş Göynük kənd 1 nömrəli tam orta ümumtəhsil məktəblərində və Qumux kənd tam orta ümumtəhsil məktəblərində həmkarlar ittifaqı sədrlərinin seçkisi baş tutub.İttifaq üzvlərinin böyük əksəriyyətinin etimadını qazanan Qumux kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Həbillahova Səfurə İsfəndiyar qızı,Baş Göynük kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbindən isə Hacıyev Süleyman Sənan oğlu həmkarlar ittifaqı komitəsinə yeni sədr seçiliblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: