“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İttifaq üzvləri istirahətə yola salındı.

27/02/2026, 17:23
xeber1

İttifaq üzvlərinin sağlamlığının qorunması, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə ETİHİ Respublika Komitəsinin təşəbbüsü və dəstəyi ilə müxtəlif sosial layihələr həyata keçirilir.

Bu məqsədlə 27 fevral 2026-cı il tarixində ETİHİ Salyan Rayon Komitəsinin tabeliyində olan təhsil müəssisələrinin ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri "Günəşli" Sağlamlıq Mərkəzinə uç günlük istirahətə yola salınıb.

İttifaq üzvlərinin sağlamlıq və rifahına yönələn layihələrin təşkilinə görə ETİHİ Respublika Komitəsinin rəhbərliyinə minnətdarlığımızı bildirir, iştirakçılara isə xoş əhval- ruhiyyə, rəngarəng istirahət arzulayırıq.

Sosial şəbəkələrdə paylaş: