Xəbərlər
İttifaq üzvləri üçün ekskursiya təşkil olunub

ETİHİ Şəki Şəhər Komitəsinin "İllik Fəaliyyət Planına" uyğun olaraq, ittifaq üzvlərinə sosial dəstək layihəsi çərçivəsində Şəki şəhər 14 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün ölkəmizin dilbər guşələrindən olan Qax və Zaqatala rayonlarına ekskursiya təşkil edilib.
Ekskursiyanın məqsədi ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin və həmrəyliyin gücləndirilməsi olub. Səfər iştirakçıları Qax və Zaqatalanın zəngin təbiəti, tarixi-mədəni abidələri və görməli yerləri ilə yaxından tanış olmuş, xoş və yaddaqalan anlar yaşayıblar.İttifaq üzvləri təşkilatçılara dərin minnətdarlıqlarını ifadə ediblər.






