Xəbərlər
İttifaq üzvləri üçün gəzinti təşkil olunub
03/07/2026, 15:28

ETİHİ Şəki Şəhər Komitəsinin ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində Şəki şəhər M.F.Axundov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Zaqatala rayonuna ekskursiya təşkil olunub.
Səfər zamanı iştirakçılar Zaqatalanın əsrarəngiz təbiəti, füsunkar dağ mənzərələri, zəngin yaşıllığı və tarixi-mədəni məkanları ilə yaxından tanış olublar. Gəzinti iştirakçılara həm mənalı istirahət etmək, həm də xoş anlar yaşamaq imkanı yaradıb.
Belə tədbirlər ittifaq üzvləri arasında ünsiyyətin möhkəmlənməsinə, həmrəyliyin güclənməsinə və sağlam istirahət mühitinin formalaşmasına öz töhfəsini verir.








