“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İttifaq üzvlərilə görüş keçirildi.

01/12/2025, 12:13
xeber1

Bərdə rayonu İntiqam Həsənov adına Uğurbəyli kənd tam orta ümumtəhsil məktəbinin kitabxana müdiri Abbasova Svetlana Musa qızının 65 illik yubileyi münasibətilə ETİHİ Bərdə Rayon Komitəsi tərəfindən ona fəxri fərman və hədiyyə təqdim olundu

Bərdə rayonunun təhsil həyatında xüsusi xidmətləri ilə seçilən, uzun illərdir məktəb kitabxanaçılığı sahəsində fədakar və səmərəli fəaliyyəti ilə tanınan Abbasova Svetlana Musa qızı 65 illik yubileyini qeyd edir. Bu əlamətdar gün münasibətilə ETİHİ Bərdə Rayon Komitəsi tərəfindən ona fəxri fərman və hədiyyə təqdim edilərək, təhsil sahəsinə verdiyi dəyərli töhfələr yüksək qiymətləndirilmişdir.

Svetlana Abbasova uzun illər ərzində çalışdığı Uğurbəyli kənd tam orta ümumtəhsil məktəbinin kitabxanasında şagirdlərin kitaba olan marağının artırılması, oxu mədəniyyətinin formalaşdırılmasında böyük xidmətlər göstərmişdir. Onun peşəkarlığı, səmimiyyəti, işinə olan məsuliyyətli yanaşması həm müəllim kollektivinin, həm də təsir dairəsində olan bütün şagirdlərin rəğbətini qazanmışdır.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: