Xəbərlər
İttifaq üzvlərimizə bayram hədiyyələri təqdim edildi.
Novruz bayramı münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Bərdə Rayon Komitəsi üzrə fəaliyyət göstərən təhsil müəssisələrində çalışan ittifaq üzvlərinə bayram hədiyyələri paylanılıb, onların Novruz bayramı təbrik olunub.
Bayram münasibəti ilə məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər, texniki işçilər və digər təhsil işçiləri diqqət və qayğı ilə əhatə olunublar.
Onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin davamlı olmasının vacibliyini qeyd ediblər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi bundan sonra da üzvlərinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.





